Xameneyidən Əhmədinejada növbəti zərbə - MÖVQE

Qabil Hüseynli: “Qərarın parlament tərəfindən rədd edilməsinə prezidentlə dini lider arasında olan soyuqluq da təsir edib”

İran prezidenti Mahmud Əhmədinejadın ölkənin informasiya texnologiyaları və telekommunikasiya naziri vəzifəsinə təyin etmək istədiyi Əli Nikzadın namizədliyi parlament tərəfindən rədd edilib. Parlamentin sədr müavini Hüseyn Müzəffərin fars mətbuatına verdiyi açıqlamaya görə Əli Nikzadın bu vəzifəyə təyin olunması ölkə qanunlarına zidd hərəkətdir. Çünki, Nikzad İranda yollar və şəhərsalma naziri vəzifəsini daşıyır və İran qanunlarına görə, bir şəxs eyni zamanda iki nazir vəzifəsini icra edə bilməz. "Mahmud Əhmədinejad bir nəfəri iki nazir vəzifəsinə təyin etməklə düzgün hərəkət etməyib. Doğrudan da bir nazir ikinci bir nazir vəzfəsinə təyin edilirsə, həmin adam çox çətin öz vəzifəsinin öhdəsindən gələ bilər. Əgər həmin nazirliklərin profili biri-birinə yaxın olsaydı həmin strukturları birləşdirmək olardı. Ondan sonra Əli Nikzadı həmin vəzfəyə təyin etmək mümkün idi" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə, bu qərar İran Konstitusiyasına zidd olduğu üçün parlament Əhmədinejadın bu təklifini qədd edib: "Digər tərəfdən də uzun müddətdir ki, parlamentlə prezident arasında qarşıdurma höküm sürür. İran parlamentində əsasən dini lider Xamneyinin adamları çoxluq təşkil edir. Xamneyi ilə də Əhmədinejad arasında münasibətlər gərgin olduğundan bu qərarın rədd edilməsində həmin faktoru istisna etmək olmaz. Parlament isə Əhmədinejadın təklifini rədd etməklə düzgün hərəkət edib". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00