“Günahkarlar cəzalandırılmalıdır” - AÇIQLAMA
Rufiz Qonaqov əsgər ölümünə münasibət bildirdi
14 Yanvar 2013 11:28 SiyasətƏsgər ölümü ilə bağlı politioloq Rufiz Qonaqov mətbuata açıqlama verib. O bildirib ki, belə halların baş verməsi təəssüf doğuran haldır. Lakin mən bunun siyasiləşdirilməsinin qəti əleyhinəyəm. Ayrı- ayrı siyasi təşkilatlar və qurumlar bu məsələdən sui istifadə etməyə çalışırlar. Əlbətdə ki, belə məsələlərdə günahkarlar cəzaladırılmalıdırlar. Məndə olan məlumata görə artıq ordu rəhbəri və ölkə rəhbərliyi bununla bağlı konkret tapşırıqlar verib və günahkarlar cəzalandırılıb. Mən əminəm ki, onlar öz layiqli cəzalarını alacaqlar. iz hal- hazırda müharibə şəraitdə yaşayırıq. Belə halların şişirdilməsi və siyasiləşdirilməsi düzgün deyil. Bütün sahələrdə olduğu kimi orduda da baş verən istənilən qanunsuzluqların qarşısı qanunla alınır. Təəssüf edirəm ki, belə hallardan sui istifadə edən siyasi təşkilatlar və şəxslər vardır."