OCCRP-ın yaydığı məlumatlar yalandır
14 Yanvar 2013 11:02 SiyasətSarayevo və Buxarestdə təsis edildiyi iddia olunan OCCRP bəzi beynəlxalq təşkilatlar kimi bu günlərdə yaydığı press-relizdə Azərbaycan dövlətinə və dövlət başçısına qarşı da qərəzli mövqeyini ictimaiyyətə çatdırıb. Guya, 20 ölkənin müstəqil araşdırma mərkəzlərinin, KİV və araşdırmaçı jurnalistlərinin qeyri-kommersiya konsorsiumu sayılan bu qurumun fəaliyyəti mütəşəkkil cinayətkarlıq və korrupsiyanın necə fəaliyyət göstərdiyi haqqında məlumat verməkdən ibarət olsa da, Azərbaycana qarşı düşmənçilik mövqeyində durması açıq-aşkar sezilməkdədir. Məhz buna görə də, OCCRP-ın Azərbaycana və onun prezidentinə qarşı şantaş dolu araşdırması ölkə vətəndaşları ilə yanaşı vətəndaş cəmiyyəti iinstitutlarının da kəskin etirazına səbəb olub. QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqovun məsələ ilə bağlı açıqlamasında bildirilir ki, belə bir qurumun mövcudluğundan çoxlarının xəbəri yoxdur. Eyni zamanda, OCCRP-ın yaydığı məlumatların qərəzli və böhtan olduğuna qəti əmindir: "Biz vətəndaş cəmiyyəti olaraq ölkəmizin günbəgün artan imicini aşağılayan, ona kölgə salmağa çalışan belə üzdəniraq təşkilatların məsuliyyətsiz addımlarını təqdir etmirik. Ona görə də hesab edirik ki, OCCRP-ın Azərbaycan prezidentinin ünvanına səsləndirdiyi belə yalan məlumatlar yolverilməzdir.