Amerikanın İrs Fondunun hesabatı məqsədli şəkildə hazırlanıb - MİLLƏT VƏKİLİ

 "İnsanlarını gülləbaran edən, beynəlxalq hüquq normalarına əhəmiyyət verməyərək qonşu dövlətlərin torpaqlarını işğal edən, ərazisində ancaq ermənilər yaşayan, söz azadlığı boğulan və bütün parametrlər üzrə demokratiyadan uzaq olan Ermənistanın  bütövlükdə azad ölkə kimi 38-ci yerdə göstərilməsi həmin təşkilatın azadlıq barədə yalnış təsəvvürlərindən xəbər verir". Bu fikirləri "OLAYLAR"-a Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mrzəzadə Birləşmiş Ştatlarda fəaliyyət göstərən  İrs Fondunun "The Wall Street Journal" dərgisi ilə birlikdə tərtib etdiyi hesabata münasibət bildirərkən səsləndirib.  Millət vəkili deyib ki, göstərilən qiymət adı çəkilən təşkilatın qeyri-obyektivliyi ortaya qoyur: "Hesab edirəm ki, bu məqsədli surətdə hazırlanmış bir hesabatdır. Tam mümkündür ki, bu təşkilatın maliyyə dəstəyini erməni millətçi təşkilatlar həyata keçirsin. Başlıca məqsəd Ermənistanı dünyaya demokratik, Azərbaycanı isə qeyri-demokratik formada tanıtmaqdan ibarətdir"

Qeyd edək ki, Amerikanın İrs Fondu və "The Wall Street Journal" dərgisi ilə birlikdə dünya ölkələrində iqtisadi azadlıq səviyyəsi üzrə ənənəvi illik indeksi açıqlayıb. 2012-ci ilin İndeksinə əsasən, Azərbaycan "qismən qeyri-azad" ölkə statusu ilə 88-ci yeri tutub. Gürcüstan "bütövlükdə azad" statusu ilə 21-ci, Ermənistan isə eyni statusla 38-ci yerdə qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00