Qulamhüseyn Əlibəyli də namizəd ola bilər - AP sədri

“Seçki ərəfəsində öz qərarımızı qəbul edəcəyik”

Müsavat başqanı İsa Qəmbər, politoloq Eldar Namazov və ALP lideri Lalə Şövkətin namizədliyə iddiaları müxalifətin seçkilərə çoxlu adaylarla gedəcəyini açıq göstərir. Müxalifətin namizədləri isə hər keçən gün artmaqdadır. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də "OLAYLAR"a açıqlamasında namizəd olacağını istisna etməyib. Partiya sədrinin sözlərinə görə, seçkilərdə iştirak etməyin tərəfdarıdır: "Konkret olaraq seçki ərəfəsində öz qərarımızı qəbul edəcəyik ki, namizəd kimi, yoxsa ki, hər hansı bir blokun tərkibində iştirak edək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00