Müxalifətin vahid namizədi Cəmil Həsənli ola bilər - FİKİR
Qulamhüseyn Əlibəyli: “O, tək Azərbaycanda yox, dünya miqyasında tanınmış alimdir ”
11 Yanvar 2013 16:48 SiyasətSiyasi analitiklərin fikirlərinə görə, istər xarizması, istərsə də siyasi təcrübə və savadı baxımından müxalifətin ən layiqli vahid namizədi Ziyalılar Forumunun üzvü Cəmil Həsənli ola bilər. Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin sözlərinə görə, müxalifətin vahid namizəd məsələsi baş tutmayan ideyadır: "Müxalifətə daxil olan və olmayan bütün şəxslərin öz namizədliklərini irəli sürmək hüuqu var. Cəmil Həsənli də təkcə Azərbaycan yox, dünya miqyasında tanınmış bir alimdir və siyasətçi kimi fəaliyyət göstərir. Müxalifətdə olan müəyyən qüvvələrin dətəyi olsa vahid namizəd kimi çıxış edə bilər". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00