Belçikada 20 yanvar faciəsi qeyd ediləcək

Belçikada "20 Yanvar Azərbaycan xalqının qanlı və şərəfli tarixidir" mövzusunda konfrans keçirəcək. Belçika Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq konfransda Avropa Parlamenti, Avropa İttifaqı, bir sıra xarici diplomatik korpusların nümayəndələri və Belçikada yaşayan azərbaycanlılar iştirak edəcək. Cəmiyyətin sədri Rəşad Xasayoğlu "OLAYLAR"-a verdiyi məlumatda bildirib ki, konfransda 20 yanvar faciəsini əks etdirən film nümayiş olunacaq, 23 il əvvəl baş vermiş bu faciə barədə iştirakçılara ətraflı məlumat veriləcək. Konfrans Belçikanın paytaxtı Brüsseldə yerləşən Hotel Bloomun toplantı salonunda baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00