VİP-in rayon təşkilatları buraxılır

Vətəndaş və İnkişaf  Partiyasının rayon-şəhər təşkilatlarının fəaliyyətinə xitam verilir. Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın sədr müavini Ramin Hüseynov deyib ki, səbəb VİP-in yerli idarəçilik sistemində yeniliyə imza atmasıdır: "Partiya olaraq rayon-şəhər təşlkilatlarını dairə təşkilatları ilə əvəzləyirik. Bu Azərbaycanda ilk dəfə olaraq bizim partiya tərəfindən həyata keçirilir. Artıq bir neçə rayon təşkilatında bu cür dairə təşkilatları yaradılıb və həmin  rayon təşkilatlarının fəaliyyətinə xitam verilib". Ramin Hüseynov deyib ki, cari ilin ilk 4-5 ayı ərzində yekunlaşacaq prosesə əsasən hər bir rayonda mövcud olan seçki dairələrinin ərazisi üzrə VİP-in dairə təşkilatları yaradılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00