AMİP-ə Avropa Xalq Partiyasında məşvərətçi üzv statusu veriləcək

Cari ilin payızında Azərbaycan Milli İstiqlal Partiyasının Avropa Xalq Partiyasına üzvlük məsələsi öz həllini tapacaq. Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib ki, AMİP-in üzvlük məsələsinə Avropa Xalq Partiyasının qurultayında baxılacaq: "Artıq bütün sənədləşdirmə işləri başa çatmaq üzrədir. Avropa Xalq Partiyasının payızda keçiriləcək qurultayında AMİP-ə məşvərətçi üzv statusu veriləcək". Elşən Mustafayev deyib ki, Azərbaycan Avropa İttifaqının üzvü olmadığı üçün AMİP də Avropa Xalq Partiyasının tamhüquqlu deyil, məhz məşvərətçi üzvü ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00