NATO və İsrail İranı vurmaq istəmir - AÇIQLAMA
Əli Oruclu: “Şimon Peresin açıqlaması İrana hədə gəlmək xarakteri daşıyır”
11 Yanvar 2013 15:38 Siyasətİsrail prezidenti Şimon Peres mətbuata açıqlamasında bir daha ABŞ-ın İranı vuracağına diqqət çəkdi. "İran dəfələrlə bəyan edib ki, onun nüvə proqramı dinc məqsədlərə xidmət edir, amma buna əks arqumentlər də var. İnandırıcı deyil ki, İsrail təkbaşına İranı vursun, çünki İran böyük dövlətdir, güclü hərbi potensialı var" deyən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə buna görə də inandırıcı deyil ki, istər Amerika, istər İsrail, istərsə də müttəfiqlər İranı vurmaq riskinə getsinlər. İraq və Əfqanıstanda keçirilən əməliyyatlar qanlı hadisələrlə nəticələndi. Ona görə də yeni müharibə ocaqlarının yaranmasını nə NATO istəyər, nə də ki, onunla müttəfiq olan İsrail. Şimon Peresin bu açıqlaması İrana hədə-qorxu gəlməkdir" (OLAYLAR İA)