Lalə Şövkət prezidentliyə namizəd ola bilər

Əvəz Temirxan: “... Lalə Şövkət seçkilərə qatıla bilər”

Liberal partiyasının lideri Lalə Şövkət prezidentliyə namizəd ola bilər. Qeyri-rəsmi mənbələrin məlumatlarına inansaq payızda keçiriləcək seçkilərdə Lalə Şövkəti namizədlik kürsüsündə görə bilərik. "Qeyri rəsmi mənbələrin yaydığı məlumatlar qeyri-ciddi informasiyalardır. Əgər Azərbaycanda nisbi, ədalətli seçkilərin keçirilməsi şəraiti təmin olunacaqsa o zaman Lalə Şövkət seçkilərə qatıla bilər" deyən Liberal partiyasının sədri Əvəz Temirxanın sözlərinə görə bu baş tutmasa buna zamanında qərar veriləcək: "Lalə Şövkət hesab edir ki, indiki məqamda məntiqlə, azad və ədalətlə seçməyə, seçilməyə imkan verən seçki qanunvericiliyi qəbul olunmalıdır. Bunun üçün də müxalifət bir araya gəlməlidir, xüsusən də prezidentliyə iddialılar. Əgər xalqdan alınacaq səslər düzgün şəkildə namizədlərə çatacaqsa seçkilərdə iştirak etməyə dəyər, əks təqdirdə xalqı aldatmağa dəyməz" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00