Nə Paşazadə İrəvana getsin, nə də Qaragen Bakıya gəlsin

Elxan Şahinoğlu: “Ermənistan hakimiyyəti erməni kilsəsindən istifadə etmək niyyəti güdür”

Dağlıq Qarabağ münaqişəsinin həlli  indi də Ermənistan və Azərbaycanın dini liderləri səviyyəsində müzakirə oluna bilər. Erməni katalikosu II Qaragen Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə görüş barədə təklif ünvanlayıb. Əgər Paşazadə təklifi qəbul etsə görüş Azərbaycan-Ermənistan sərhədində baş tuta bilər. Qeyd edək ki, təklif A.Paşazadəyə Tiflis səfəri zamanı çatdırılıb. Politoloq Elxan Şahinoğlu hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinin dini liderlərin səviyyəsində davam etdirilməsində təəccüblü heç nə yoxdur: "Qarabağın işğal olunmasında erməni kilsəsinin də böyük günahları var. Ona görə də erməni hakimiyyəti dini liderdən istifadə etmək qərarını verib, çünki hakimiyyət Azərbaycanla müharibədən qorxur. Ona görə də Serj Sərkisyan istəyir ki, dini liderlər səviyyəsində sülhdən çox danışılsın və Azərbaycanı müharibədən çəkindirmək üçün bununla təkan versin. Dini liderlərin ən yaxşı görüş yeri elə Azərbaycan-Ermənistan sərhədidir. Çünki, görüşmək üçün nə Paşazadə İrəvana getməyəcək, nə də ki, Qaragen Bakıya gəlməyəcək. Onlar elə bir yerdə görüşməlidirlər ki, hər iki tərəf üçün ortaq məxrəc olsun,  bu baxımdan sərhəd ən düzgün seçilmiş yerdir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00