“Saakaşvili İvanişviliyə güzəştə getməyəcək”
Sərkərdə Sərxanoğlu: “Mixail Saakaşvili də tutduğu xəttdən geri çəkilməyəcək”
11 Yanvar 2013 13:16 SiyasətGürcüstanda baş nazir və prezident administrasiyası ilə siyasi gərginliyin dalana dirənməsində bir sıra məqamlar ortaya çıxır. Məsələdə əsas faktor prezident Mixail Saakaşvilinin baş nazir Bidzina İvanişviliyə güzəştə gedib getməyəcəyidir. Siyasi analitiklər hesab edirlər ki, İvanişvilinin Gürcüstan hakimiyyətində rahatca möhkəmlənməsi heç də göründüyü kimi sadə proses olmayacaq. Məsələyə münasibət bildirən jurnalist Sərkərdə Sərxanoğlunun sözlərinə görə Saakaşvilinin İvanişviliyə güzəştə gedəcəyi inandırıcı deyil: "Çünki, Saakaşvili Gürcüstan xalqının dıstəyi ilə hakimiyyətə gəlib. Saakaşvili üçüncü dəfə prezident ola bilməyəcək və İvanişvilinin də vaxtından əvvəl Saakaşvilini siyasətdən kənar tutmaq cəhdləri göstərir ki, İvanişvili və komandasının başqa niyyətləri var. Saakaşvili də tutduğu xətdən geri çəkilməyəcək. Buna isə güzəşt yox, sadəcə Saakaşvilinin Gürcüstana gətirdiyi yeni modeli, ab-havanı qoruması deməkdir" ("OLAYLAR" İA)