“Lalə Şövkət, İsa Qəmbər və Əli Kərimli üçlüyü yarana bilər”
Mirzə Sakit: “Hər şey bir saat ərzində dəyişə bilər”
11 Yanvar 2013 13:08 Siyasət. Azərbaycan Liberal partiyasının lideri Lalə Şövkətin Prezidentliyə namizəd olacağı barədə məlumatlar yayılmağa başlayıb. Siyasi analitiklər Lalə Şövkətin seçkilərdə iştirak etməsini vahid namizəd məsələsində dönüş nöqtəsi kmi qiymətləndirirlər. Mütəxəssislərin fikirlərinə görə əgər müxalifət seçkilərə Lalə Şövkət-İsa Qəmbər-Əli Kərimli formatında getsə nəyəsə nail ola bilər. Lakin hər 3 partiya arasında fikir ayrılığını nəzərə alaraq bunun baş tutmayacağını əvvəlcədən proqnozlaşdıranlar da var. Satirik şair Mirzə Sakitə görə üçlük səmimi birlik olarsa insanların bu üçlüyün arxasınca getməsi mümkündür. Mirzə Sakit partiyalar arasında fikirayrılığına da münasibət bildirərək qeyd etdi ki, hər şey bir saat ərzində dəyişə bilər. ("OLAYLAR" İA)