Səməd Seyidov: ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində əsas yerlərdən birini tutur
11 Yanvar 2013 12:08 Siyasət"Dünyanın fövqəldövləti sayılan ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində əsas yerlərdən birini tutur". "Azadinform" xəbər verir ki, bu barədə açıqlama ilə Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Səməd Seyidovun ölkəmizdə səfərdə olan ABŞ Konqresinin üzvü Henri Roberto Cuellar ilə görüşündə çıxış edib.
Azərbaycanın bu əlaqələri daha da genişləndirmək niyyətində olduğunu deyən Səməd Seyidov qarşılıqlı münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını söyləyib. O, bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.
ABŞ Konqresində Texas ştatını təmsil edən Henri Roberto Cuellar səmimi görüş və yüksək qonaqpərvərlik üçün minnətdarlıq edib.