BMT TŞ dünya ictimaiyyətinə səsləndi

Qurum Malinin şimalındakı vəziyyətlə əlaqədar qoşun yeridilməsini istəyir

BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq ictimaiyyəti Malinin şimalına sülhməramlı qüvvələr yeritməyə çağırıb. Həmin ərazidə radikal-yönümlü üsyançılar strateji əhəmiyyətli Konna şəhərini ələ keçirib, hökumət qüvvələri isə üsyançılara qarşı əməliyyatlara başlayıb. Mali prezidenti Dionkunda Triore isə Fransanı üsyançılara qarşı durmaqda yardımçı olmağa çağırıb. Bu məsələ BMT Təhlükəsizlik Şurasının iclasında da müzakirə olunub.

Qeyd edək ki, ötən ay BMT Malinin şimalında vəziyyətin stabilləşməsi məqsədilə Afrika Birliyinin 3000 əsgərdən ibarət kontingentinin ərazidə yerləşdirilməsinə razılıq vermişdi. "Əl-Qaidə" ilə əlaqəli olduğu ehtimal edilən üsyançılar nəzarət altına aldıqları ərazidə şəriət qanunlarına əsaslanan rejim tətbiq ediblər.

Qeyd edək ki, Malidə silahlı qarşıdurma 2012-ci ilin martında ölkə prezidenti Amadu Ture hərbi çevriliş nəticəsində devrildikdən bəri davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00