Azərbaycan dövlətinin gənclər siyasəti meyar kimi qəbul olunur

"Azərbaycan dövlətinin gənclər siyasəti bir sıra ölkələr tərəfindən meyar kimi qəbul olunur". Bunu "OLAYLAR"a deyən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının rəhbəri Şahin İsmayılovun sözlərinə görə, Azərbaycanın gənclər siyasəti gənclərin fəaliyyət göstərdiyi bütün sahələri əhatə edir: "Bu siyasət istər tələbə, istər əlil, istərsə də beynəlxalq sahədə fəaliyyət göstərən, yaxud Azərbaycandan kənarda yaşayan gənclər olsun, onların hamısına şamil olunur. Məhz buna görə də Azərbaycanın gənclər siyasəti digər ölkələr üçün bir göstəricidir. Ona görə də bir çox ölkələr Azərbaycanın gənclər sahəsində həyata keçirilən islahatlardan, kompleks tədbirlərdən yararlanırlar. Bu isə iyirmi illik müstəqillik dövrünü yaşayan bir dövlət üçün olduqca böyük göstəricidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00