Rusiya Azərbaycanı müharibədən çəkindirmək istəyir - Elçin Mirzəbəyli - MÖVQE
“İkinci Qarabağ savaşında Rusiya hərbi qüvvələri Qarabağdakı əməliyyatlarda iştirak etməyəcək”
10 Yanvar 2013 16:51 SiyasətPolitoloq Vəfa Quluzadə bildirib ki, Rusiyanın Azərbaycana müharibəsi ABŞ-a açıq şəkildə silahlı meydan oxumaqdır. Belə olan təqdirdə II Qarabağ müharibəsində Azərbaycan Rusiya ilə döyüşmək məcburiyyətində qalacaq ki, bu da ABŞ-ın müharibəyə müdaxiləsi demək olacaq. İki fərqli super gücün II Qarabağ savaşına qoşulması Qafqazı III Dünya Müharibəsi üçün poliqona çevirəcək. "Bunların hamısı fərziyyə xarakterli ehtimallardır və bunların üzərində dayanıb gələcək üçün ssenarilər hazırlamaq olar. Rusiyanın Azərbaycana qarşı atdığı addımlar özündə seçkiqabağı təzyiq xarakteri daşıyır. Rusiya özünü Cənubi Qafqazda dominant dövlət hesab etdiyi üçün bu proseslərdən Putinin yeni planlarına görə yararlanmağa çalışır. Kremlin müəyyən məqsədlərinə görə bu cür qərarlara gedəcək" deyən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, Rusiya qorxuducu manevrlər etməklə prosesləri öz xeyrinə həll etməyə çalışır. Qafqazda baş verən proseslərin III Dünya Müharibəsi müstəvisinə çıxacağını demək absurddur. Rusiya üçün Cənubi Qafqaz nə qədər böyük əhəmiyyət kəsb edirsə, İran və Suriyadakı proseslər də bir o qədər də vacibdir. Rusiyanın regionda atdığı bütün addımlar İranla bağlıdır. Həmin bu proseslərin Qafqazda III Dünya Müharibəsinə səbəb olmasını demək məsələyə perspektivsiz yanaşmadır. Dünyada genişmiqyaslı hərbi əməliyyatların başlanması inandırıcı deyil. Azərbaycan Dağlıq Qarabağa görə hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiya birləşmələrinin Qarabağa daxil olması qeyri-mümkündür. Rusiya bu addımı atmayacaq. Rusiya Azərbaycanı Ermənistanla müharibədən çəkindirmək üçün primitiv addımlar atır". ("OLAYLAR" İA)