Tərəqqi Partiyasına transferlər olacaq
10 Yanvar 2013 15:16 Siyasət"Yaxın vaxtlarda Tərəqqi Partiyasına bir sıra transferlər olacaq". Bu barədə "OLAYLAR"-a məlumat verən adıçəkilən partiyanın və ATA blokunun sədri Çingiz Dəmiroğlu deyib ki,.həmin transferlər siyasi həyatda kifayət qədər səs-küy yaradacaq: "Eyni zamanda ATA blokuna da transferlər olacaq. Mümkündür ki, ayrı-ayrı partiyalar da ATA blokuna qoşulsun". Çingiz Dəmiroğlu həm rəhbərlik etdiyi Tərəqqi Partiyası, həm də ATA blokunun bu il ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini deyib: "Biz partiya olaraq keçən ildən seçkilərə hazırlıq prosesinə başlamışıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00