AMİP qurultay səlahiyyətli konfrans keçirəcək
10 Yanvar 2013 15:14 SiyasətAzərbaycan Milli İstiqlal Partiyasının prezident seçkiləri ilə bağlı rəsmi qərarı partiyanın qurultayı və ya qurultay səlahiyyətli konfransda qəbul ediləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın katibi Elşən Mustafayev deyib ki, nizamnaməyə əsasən bu il AMİP-in növbəti qurultayı keçirilməlidir: "Nizamnaməyə əsasən bu il partiyanın növbəti qurultayı keçirilməlidir. Lakin bu il həm də seçki ili olduğu üçün nizamnaməyə əsasən qurultay səlahiyyətli konfrans keçirilə bilər". Elşən Mustafayevin sözlərinə görə, AMİP-in qurultayının keçirilməsi üçün qısa bir zamanda təşkilat komitəsi yaradılmalı, yerlərdə qurultaya hazırlıq məqsədilə konfranslar keçirilməlidir: "Bu proses kifayət qədər vaxt tələb etdiyindən qurultay səlahiyyətli konfrans variantına üstünlük verə bilərik".