Müsavat müttəfiqlərinin fikrinə hörmət etmədi - AÇIQLAMA

"İndiki mərhələdə İsa Qəmbərin seçkilərdə namizəd olaraq müəyyən edilməsi tələskənlikdən başqa bir şey deyil". Belə bir açıqlama ilə çıxış edən İctimai Palatanın üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki, Müsavat Partiyasının İP-dəki müttəfiqlərini nəzərə almadan, heç kimin fikirlərinə hörmət bəsləmədən namizəd müəyyənləşdirməsi başadüşülən deyil: "Bu İctimai Palata daxilində mövcud olan qeyri-normal münasibətləri bir qədər də gərginləşdirəcək. Hesab edirəm ki, Müsavat Partiyası müttəfiqləri ilə apardığı məsləhətləşmələrdən sonra belə bir qərar qəbul etsəydi daha düzgün olardı". Əli Oruclu onu da qeyd edib ki, istənilən şəxsin prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürməsi normal qarşılanmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00