“O ananın bir oğlu da mənəm ...” – Aydın Mirzəzadə

Millət vəkili hərbi komissarla birgə öldürülən əsgərin evində…

Əsgər Ceyhun Qubatovun döyülərək öldürülməsi ilə bağlı ittiham ölkə gündəmində əsas mövzulardan birinə çevirilir. "Qafqazinfo" xəbər verir ki, həmin hadisə ilə bağlı foto və videogötürtülər yayılandan sonra müvafiq qurumlar açıqlama verib və hadisə ilə bağlı cinayət işi açılıb. Buna baxmayaraq, faktla bağlı gərginlik və ona verilən reaksiyalar durmadan artır. Jurnalistlər, millət vəkilləri və əksər partiyalar bu faktın araşdırılması və müvafiq cəza tədbirlərinin görülməsini tələb ediblər. Bu gün "Qafqazinfo"nun köşə yazarı Asəf Quliyevin Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvlərinə hadisə ilə bağlı müraciəti yayılıb.
Həmin komitənin üzvlərindən biri, millət vəkili Aydın Mirzəzadə "Qafqazinfo"ya zəng edərək A. Quliyevin yazısını oxuduğunu və hazırda əsgərin ailəsinə baş çəkmək üçün onların evinə yollandığını bildirib. A. Mirzəzdə deyib ki, əsgər C. Qubatovun anasına baş çəkməkdə məqsədi ona təsəlli olmaqdır. Mən indicə Abşeron rayonunun hərbi komissarı ilə o ananın yanına gedirəm. Gedib ona deyəcəm ki, sənin oğlanlarından biri də mənəm. Ona telefonumu verəcəm və nə qədər imkanım varsa, həmişə həmin qadına dayaq olacağam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00