“Gürcüstanda vətəndaş müharibəsi mümkün deyil” - Zəlimxan Məmmədli
“Gürcülər öz milli maraqlarını xırda, korperativ maraqlara qurban verməyəcəklər”
10 Yanvar 2013 13:00 SiyasətGürcüstanda hakimiyyət dairələri arasında gedən siyasi mübarizə ölkədə vətəndaş müharibəsi xofunu gündəmə gətirir. Lakin siyasi analitiklər hesab edirlər ki, demokratik prinsiplərin tam şəkildə bərpa olunduğu Gürcüstanda bu indiki məqamda mümkün deyil. "Gürcüstanda hakimiyyət dairələri arasında baş verən siyasi gərginlik vətəndaş müharibəsinə çevrilməyəcək. Gürcüstanda siyasi illusional quruluş o dərəcədə mükəmməldir ki, artıq o prosesləri geri çevirmək və bunu vətəndaş müharibəsi müstəvisinə keçirmək qeyri-mümkündür. Düzdür, burada siyasi gərginlik var, baş nazir İvanişvili hakimiyyətin bütün qollarına nəzarəti ələ keçirmək istəyir və bu siyasi mübarizədir" deyən politoloq Zəlimxan Məmmədlinin fikirlərinə görə bu fonda isə Gürcüstanda vətəndaş müharibəsinin heç bir izi belə yoxdur: "Baş nazir və prezident administrasiyası arasında yaşanan gərginlik payızda Gürcüstanda keçiriləcək prezident seçkilərinə hesablanmış addımdır. Bu cür siyasi mübarizə dünya pratikasında qəbul edilmiş normadır. Gürcülər çox ağır mərhələlərdən keçib və siyasi institutlar onların şəxsiyyət kimi formalaşmasına şərait yaradıb. Gürcülər öz milli maraqlarını xırda, korperativ maraqlara qurban verməyəcəklər" ("OLAYLAR" İA)