İvanişvili Saakaşvilidən əl çəkmir - MÖVQE

Zərdüşt Əlizadə: “Mixail Saakaşvili payıza qədər öz postunda qalacaq”

Gürcüstanda baş nazir Bidzina İvanişviliyə bağlı olan QHT-lərin prezident Mixail Saakaşvilinin istefasını tələb edən 1 000 000-dan çox imza toplaması məlumdur. İvanişvili bununla bir daha rusmeyilli siyasətini ortaya qoydu. Çox güman ki, Saakaşvili bunu nəzərə alaraq hakimiyyəti İvanişviliyə güzəştə getməyəcək. Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Saakaşvili-İvanişvili gərginliyi Gürcüstana heç də pis vəziyyət vəd etmir: "Mixail Saakaşvili payızda keçirilən seçkilərə qədər Konstitusiyada nəzərdə tutulduğu kimi öz vəzifəsində qalacaq. İvanişvili isə onu vaxtından əvvəl devirmək niyyətindən əl çəkməyəcək. Gürcüstan isə indi olduğu kimi gələcəkdə də tranzit gəlirlərin, turizm və kənd təsərrüfatından gələn gəlirlər hesabına yaşayacaq" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00