Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmalıdır - AÇIQLAMA

"Ermənistanın qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Yeni Azərbvaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı yap.org.az saytına verdiyi müsahibədə səsləndirib. Bildirib ki,  Azərbaycan bu məsələdə birmənalı mövqeyini nümayiş etdirib və siyasətimizin başlıca qayəsini işğal edilmiş torpaqların tam geri qaytarılması təşkil edir: "Dövlətimiz bu məsələdə hansısa bir kompromisdən bəhs etmir. Bizim ən böyük kompromisimiz münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olmağımızdır. Çünki Azərbaycan beynəlxalq hüquq normalarına və konvensiyalara müvafiq olaraq öz ərazisini işğaldan azad etmək hüququnu özündə saxlayır". YAP rəsmisi deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirir. Lakin Ermənistan sülh danışıqlarını ləngitmək, prosesə zərbə vurmaq üçün fitnəkar xarakterli addımlar atmağa çalışır: "Bunlardan biri də Xocalı ilə Yerevsan havalimanları arasında sərnişin daşınmasını həyata keçirməyə yönəlik edilən cəhdlərdir. Bu, qeyri-qanuni bir cəhddir. Beynəlxalq Aviasiya Agentliyi də məsələyə bu cür yanaşır. Rəsmi Bakı da beynəlxalq hüquq normalarında və konvensiyalarda əks olunmuş prinsip və müddəalara istinad edərək buna öz etirazını bildirir. Bunun qarşısını almaq üçün edilən diplomatik səylər davam etməkdədir. Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00