Müxalifətdə İlham Əliyevə rəqib ola biləcək namizəd yoxdur
9 Yanvar 2013 15:52 Siyasət"Müxalifətin konstruktiv və radikal qanadlarında kimin namizəd olması məsələsi onların daxili işidir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərində müxalifət cəbhəsində Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevə rəqib ola biləcək namizəd yoxdur: "Ümidvarıq ki, Yeni Azərbaycan Partiyası seçki kampaniyası çərçivəsində prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursunu təbliğ etməklə seçkilərdə möhtəşəm qələbə qazanacaqdır. Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev növbəti dəfə xalqımızın alternativsiz seçimi olacaqdır. Çünki Azərbaycan cəmiyyətində də dövlətimizin başçısına yüksək inam vardır".