BQP Türkiyənin siyasi partiyaları ilə əməkdaşlıq edəcək

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa  Türkiyəyə rəsmi səfərə yola düşüb. Bu barədə məlumat verən partiya sədrinin sözlərinə görə, səfər çərçivəsində siyasi partiya rəhbərləri, təmsilçiləri ilə görüşlər nəzərdə tutulub: "Qardaş Türkiyənin siyasi partiyaları ilə Böyük Quruluş partiyası arasında əməkdaşlığı gücləndirmək istiqamətində müəyyən işlər görməyi planlaşdırırıq". Səfər yanvar ayın 12-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00