Ziyalılar Forumunun iddiaları qeyri-ciddidir - AÇIQLAMA

Elşən Mustafayev: “Ziyalıların bu açıqlamalarında sensasion heç nə yoxdur”

Ziyalılar Forumu iddia edir ki, prezident seçkilərinə qədər yeni hərəkat başlayacaq və yeni qüvvələr meydana çıxacaq. Bu məqamda çox maraqlıdır ki, Ziyalılar Forumu bu qüvvələri haradan tapacaq və onlar kimləri nəzərdə tuturlar? AMİP sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev hesab edir ki, 2013-cü ildəki prezident seçkiləri 2008-ci ildən fərqli olaraq tamam başqa ab-havada keçiriləcək: "Dünyada baş verən proseslər Azərbaycanda da bir sıra qüvvələri və adamları fəallaşdırıb". Ziyalılar Forumunun bu iddiasını ümumi fikir kimi qiymətləndirmək olar. Forumun iddiaları inandırıcıdır, istənilən adam namizəd ola bilər. Ortada müxtəlif təkliflər ola bilər. Lakin, müxalifət partiyaları bir araya gəlməsələr, vahid namizədlə seçkilərdə iştirak etməsələr seçkinin nəticələri müxalifət üçün uğurlu olmayacaq. Ümumilikdə isə Ziyalılar Forumunun bu açıqlamasında sensasion heç nə yoxdur, burada əsas məsələ həmin namizədlərin kim olmasını açıqlığı ilə ortaya qoymaqdır. Siyasətçilər bu cür prosesləri daha yaxşı şərh edirlər, ziyalıların açıqlama və iddiaları isə qeyri-ciddidir, lakin ziyalılara hörmətlə yanaşmaq lazımdır" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00