Bəhmən Sultanlı VHP-də fraksiya yaradır?

Sabir Rüstəmxanlı: “Bəhmən Sultanlı VHP-yə qarşı fraksiya yarada bilməz”

.Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin üzvü Bəhmən Sultanlı rəsmən partiyadan qovulub. Partiyadan mətbuata verilən məlumata görə Sultanlı uzun müddətdir qeyri-etik hərəkətlərə yol verib və VHP-ni nüfuzdan salmaq üçün cəhdlər göstərib. Bəhmən Sultanlı partiyadan ayrılar-ayrılmaz onun VHP-yə qarşı fraksiya yaratması barədə xəbərlər yayılmağa başlayıb.

Məsələyə münasibət bildirən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə Bəhmən Sultanlı istefa verməyib, o, konkret olaraq partiyadan qovulub: "Sultanlı VHP-yə qarşı heç bir fraksiya yarada bilməz. Bəhmən Sultanlının bir sıra narazılıqları var idi və bu narazılıqların çox hissəsi aradan qaldırıldı. Belə bir məsəl var deyir: "Adamların bir hissəsi yaşa dolduqca müdrikləşir, bi hissəsi də düdükləşir". Getdikcə hiss olunurdu ki, bu adamın başı xarab olur, əslində o ana qədər hər şey çox gözəl idi, heç bir narazılığı yoxdu. Mən xəstə olan vaxt İrandan mənə qarşı təzyiqlər vardı və o da götürüb ağlına gələni yazırdı. Tam göründü ki, onun özü müəyyən təsir altındadır. Bəhmən Sultanlı yaşına yox, başına uyğun hərəkət elədi, ona görə də o, partiyanın rayon təşkilatının sıralarından qovuldu" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00