“İsa Qəmbər vahid namizəd məsələsini pozmağa görə 2 milyon dollar alıb” - MÖVQE

Hafiz Hacıyev: “Müsavat başqanı Əli Kərimlinin üzərində olan cinayət işindən məharətlə istifadə edir”

İsa Qəmbərin prezidentliyə namizəd olması AXCP tərəfindən başqan haqqında məzəli meyxana qoşulması ilə başa çatdı. Konkret olaraq məsələdə ortaq məxrəcə gələ bilməyən AXCP və Müsavat namizəd məsələsini lağlağı obyektinə çeviriblər. Vahid namizəd məsələsi ortaya atılandan sonra açıq-aydın məlum oldu ki, müxalifət ciddi işlə məşğul ola bilmir. "Özünü müxalifət adlandıran bu iki dələduz qurum (AXCP və Müsavat-red) həmişə xəyanətlə məşğul olub və xarici kəşfiyyatın əlində oyuncağa çevrilib. AXC hakimiyyəti dövründə də Əli Kərimli və İsa Qəmbər biri-birinə düşmən olan şəxslər olub. Bu gün İsa Qəmbər hansısa hakimiyyət dairələrindən 2 milyon dollar pul alıb Azərbaycanda vahid məsələsini pozmaqla məşğuldursa sözsüz ki, Əli Kərimli ona lağ edəcək" deyən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin sözlərinə görə İsa Qəmbər Bakı şəhər Baş Prokurorluğunda Əli Kərimliyə qarşı qaldırılmış cinayət işində çox maraqlıdır və öz əlaltıları vasitəsilə həmişə mənə bildirib ki, "sən bu işdə haqlısan və düzgün edirsən!": "İsa Qəmbər də bundan çox məharətlə istifadə edir. Müsavat başqanı da yaxşı bilir ki, Əli Kərimlinin üzərində cinayət işi var və prezident seçkilərində iştirak edə bilməz. Bu günə qədər AXCP və Müsavatın bir sözü digərinin boğazından keçməyib, bunların hər ikisi başqa-başqa dövlətlərə işləyən kəşfiyyat qurumlarıdır. Sülhəddin Əkbər də Müsavatdan istefa verəndə bunu təsdiq eləmişdi" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00