İsrail-İran əlaqələri istiləşir? - AÇIQLAMA
Qabil Hüseynli: “Hegelin müdafiə naziri postuna gətirilməsi İsrail-İran münasibətlərinə təsir etməyəcək”
9 Yanvar 2013 12:11 Siyasət66 yaşlı Çuk Hegel ABŞ-ın müdafiə naziri postuna təyin olunub. Hegel İsrail-İran münasibətlərini tənqid edib və ABŞ-dakı yəhudi lobbisi tərəfindən sevilməyən şəxsdir. Hegelin bu vəzifəyə təyin olunması İsrail-İran münasibətlərində dönüş nöqtəsi ola bilər. Politoloq Qabil Hüseynli belə hesab edir ki, ABŞ-ın xarici siyasətinə ayrı-ayrı fərdlər, xüsusilə də nazir postunda olan adamlar ciddi təsir edə bilməzlər: "Onlar iddiaçıdırlar, müəyyən fikir söyləyə, müxalifətdə olarkən müəyyən faktlarla nə isə nümayiş etdirə bilərlər. Amma, hakimiyyətə gələndən sonra iqtidarın siyasətini paylaşmaq məcburiyyətində qalırlar. ABŞ-İsrail münasibətləri həmişə strateji xarakter daşıyır və daşıyacaq. Hegelin müdafiə naziri postuna gətirilməsi İsrail-İran münasibətlərinə təsir etməyəcək" ("OLAYLAR" İA)