Qərb İranla danışıqlar masasına otura bilər - AÇIQLAMA
Vəfa Quluzadə: “Fars hakimiyyəti bu tip açıqlamaları ona qarşı qüvvələrə qarşı siyasi manevrdir”
8 Yanvar 2013 23:54 Siyasətİran hakimiyyət dairələrinin mətbuata verdiyi yumşaq açıqlamalara nəzər yetirəndə İranın nüvə proqramından geri çəkilməsi kimi təsəvvür yaranır. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə beynəlxalq ictimaiyyət İrana onsuz da inanmır, fars hakimiyyət dairələrinin bu tip açıqlamaları ona qarşı qüvvələrə qarşı siyasi manevrdir: "Fars hakimiyyəti çalışır ki, İrana qarşı olan sanksiyalar daha sərt şəkil almasın, ona görə də danışıqlara hazır olduğunu bildirirlər. Əgərə danışıqların prinsipləri Qərbin maraqlarına uyğun olsa bu danışıqlara gedə bilər. Lakin, inandırıcı görünmür ki, İran hakimiyyəti nüvə proqramından geri çəkilsin. İran hakimiyyəti bununla bağlı hər nə olursa olsun proqramın icrasını davam etdirəcəklər bəyanatını birmənalı şəkildə verib" ("OLAYLAR" İA)