Bəhmən Sultanlı VHP-dən qovuldu
8 Yanvar 2013 15:19 Siyasətətəndaş Həmrəyliyi Partiyası Binəqədi rayon təşkilatının Məclisi və Nəzarət Təftiş Komissiyasının növbədənkənar toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, VHP mərkəzi qərargahında baş tutan toplantıda məclis üzvü Bəhmən Sultanlının uzun müddətdir qeyri-etik hərəkətlərə yol verdiyi və VHP-ni nüfuzdan salmaq üçün göstərdiyi cəhdləri, partiyanın ayrı-ayrı funksionerləri haqqında şər və böhtan kampaniyası aparması müzakirə olunub. Binəqədi rayon təşkilatı Məclisinin 11 üzvündən 10 nəfərinin və NTK üzvlərinin iştirakı ilə keçirilən toplantıda Bəhmən Sultanlının partiyadan qovulması səsə qoyulub və yekdilliklə qəbul edilib.
Qeyd edək ki, Bəhmən Sultanlı həm də VHP sədrinin müşaviri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00