Daha bir partiya Elçibəylə bağlı qərar verdi

Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, toplantıda qərarların icra vəziyyəti, ölkədəki ictimai- siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. İclasda ötən il dövlət başçısı tərəfindən imzalanmış əfv fərmanı müzakirə olunub və bununla bağlı bəyanat qəbul edilib. Toplantıda 2013-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95, Əbülfəz Elçi Bəyin anadan olmasını 75 illiyi ilə bağlı tədbirlər həyata keçirilməsi qərara alınıb. Toplantıda nəqliyyatın intellektual idarəetməsi adı altında dövlət büdcəsinin talan edilməsi pislənilib və hökumətdən rəsmi hesabat tələb olunub. KXCP İdarə Heyəti ABU-nun sabiq rektoru Elşad Abdullayevin son açıqlamalarını müzakirə edib.İdarə Heyəti Sevinc Babayevanın öldürülməsi, cinayət işində adı keçənlərin vəzifədə saxlanılması və istintaqa cəlb edilməməsini hakimiyyətin kriminallaşmasının təsdiqi hesab edir.
KXCP- bütün deyilənləri nəzərə alaraq, istintaqın obyektiv aparılmasını təmin etmək üçün Ramiz Mehdiyevin və Zakir Qaralovun istefasını tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00