“Suriya müharibəsi Əsəd yıxılanadək davam edəcək”

Musa Qasımlı: “Bəşər Əsəd etimadını tamamilə itirib”

Suriya prezidenti Bəşər Əsəd müxaliflərə yeni koalision hökumətin yaradılması təklifi ilə çıxış etdi. Çox keçmədi ki, diktatorun təklifi müxaliflər tərəfindən rədd edildi. Məsələyə münasibət bildirən millət vəkili Musa Qasımlının sözlərinə görə bundan sonra hadisələr Bəşər Əsədin devrilməsinə qədər davam edəcək: "Diktator Bəşər Əsəd öz etimadını tamamilə itirib. Onun hakimiyyətdən getməsi yalnız zaman məsələsidir. Suriyada baş verən hadisələr təkcə daxili ictimai, siyasi vəziyyətlə əlaqədar deyil, regionda marağı olan böyük dövlətlər və qonşu ölkələr arasında gedən mübarizənin təzahürüdür" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00