“İsa Qəmbər resursu tükənmiş şəxsdir” - Zahid Oruc

“Onun prezident seçkiləri marafonuna çıxması cəmiyyət üçün xüsusi hadisə sayılmır”

Müsavat başqanı iddia edir ki, o, müxalifətin ən layiqli namizədirir. Ortada aydın olan bir məsələ də var ki, 2003-cü ildə keçirilən prezident seçkilərində İsa Qəmbər fiaskoya uğradı. Siyasi analitiklər hesab edirlər ki, bu faktoru nəzərə alaraq İsa Qəmbərin ikinci dəfə namizədliyini irəli sürməsi başqanın siyasi imicinə xələl gətirən amildir. Millət vəkili Zahid Oruc hesab edir ki, İsa Qəmbərin namizədliyini irəli sürməsi nə cəmiyyətdə, nə də ki, siyasi aləmdə xüsusi hadisə kimi qarşılanmadı və başlanğıcda bu onların ciddi itkisi sayılmalıdır. Zahid Orucun sözlərinə görə öz-özlüyündə hər bir təşkilatın lideri və yaxud təmsilçisi cəmiyyətə mühüm mesajlarını verirsə ölkənin gələcək həyatında aktiv fəaliyyətini təmin etməlidir. "İsa Qəmbərin bu addımları ictimaiyyət tərəfindən ciddi qarşılanmalı və ictimai rəydə xüsusi bir hadisəyə çevrilməlidir. İsa Qəmbərin namizədliyini irəli sürməsi nəinki Azərbaycan cəmiyyətində qeyri-adi qarşılanmadı, o cümlədən müxalifətin özünün daxili problemlərini - vahid namizədə çevrilə bilməmək savaşını, biri digərinə rəqib olacaqlarını daşıyan xəbər oldu" deyən millət vəkilinin sözlərinə görə faktiki olaraq İsa Qəmbər resursu tükənmiş şəxsdir: "AXC hakimiyyəti dövründəki məğlubiyyətlərin böyük bir hissəsini  Müsavat başqanı daşıyırdı. Belə olduğu təqdirdə onu hansı ideyalar, siyasi fikirlərlə yeni obrazla cəmiyyət qarşısına çıxaracaqları müəmmalıdır. Əlbəttə hər bir təşkilatın hüququdur ki, öz namizədliyini irəli sürsün. Amma faktiki olaraq İsa Qəmbər narazı elektoratın 2-3% səsini əldə edə bilər. 2003-cü ildən sonrakı uğursuzluqları da nəzərə alaraq İsa Qəmbərin prezident marafonuna çıxması xüsusi bir hadisə deyil" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00