ETTELAAT Azərbaycanda!

Rasim Musabəyov: “Pentaqonun açıqlaması həqiqətə yaxındır”

Pentaqonun İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la bağlı hesabat hazırladığı məlumdur. ABŞ Müdafiə Nazirliyi ETTELAAT-ın daha çox fəaliyyət göstərdiyi ölkələrin adını açıqlayıb. Pentaqonun iddialarına görə təşkilatın aktiv fəaliyyət göstərdiyi ölkələrdən biri də Azərbaycandır. Pentaqon Azərbaycanın İran ETTELAAT-nın hədəfində olmasına səbəb kimi isə İsraillə olan münasibətlərini nümunə gətirib. Millət vəkili Rasim Musabəyov hesab edir ki, Pentaqonun açqlamasında müəyyən həqiqətlər var: "İranla həmsərhəd dövlətik. İranın öz nüfuzunu yaymaq istədiyi əsas məkanlar ətrafıdır və Azərbaycan şiə dövlətidir, tarixən İranla yaxın əlaqələri olub. Azərbaycanın İranla həmsərhəd olması imkan yaradır ki, gediş-gəlişi intensiv olsun və bundan şəxsi məqsədlər üçün istifadə olunsun. Burada dəfələrlə İrana məxsus olan şəbəkələr zərərsizləşdirilib. Bu faktorları nəzərə alaraq Pentaqonun bu açıqlaması həqiqətə yaxındır" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00