“Rüstəm İbrahimbəyov kino ilə siyasəti səhv salır” - AÇIQLAMA

Elçin Mirzəbəyli: “Rüstəm İbrahimbəyov yəqin ki, yeni ssenari üzərində işləyir”

Ziyalılar Forumunun üzvü, kinorejissor Rüstəm İbrahimbəyov deyir ki, Azərbaycanda keçiriləcək prezident seçkilərindən əvvəl  yeni adamlar, yeni qüvvələr ortaya çıxacaq. Onlar Azərbaycan daxilində qara piar və təbliğati işlərlə məşğul olacaq. "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hesab edir ki, Rüstəm İbrahimbəyov yəqin ki, yeni ssenari üzərində işləyir, kinodramaturgiyanın süjetləri ilə siyasəti səhv salır: "Siyasi proseslərlə bədii təfəkkür uyğun gəlmir. Çox güman ki, bu da mübaliğəli kino ssenarisinin süjet xəttidir, amma bu ssenarinin süjet xətti Rüstəm İbrahimbəyova aid deyil. O, Moskvadakı dostlarının müəyyənləşdirdiyi ssenari üzrə hərəkət edir. Lakin, prosesləri bir qədər bədiiləşdirir. O, insanlar kimdirsə buyurub açıqlasın. Belə ehtimallar əsasında çoxlu fikirlər səsləndirmək olar. 5-10 ildən sonra hansı hadisələrin baş verməsini əvvəlcədən demək mümkündür, müəyyən vaxtdan sonra həmin fərziyyələrin baş tutmayacağını da arqumentləşdirmək olar. Rüstəm bəyin bu açıqlaması qeyri-ciddidir. Ümumiyyətlə siyasi prosesləri dəyərləndirməyi bacaran insan fərziyyələr və ehtimallar üzərində öz mövqeyini açıqlamır, konkret olaraq faktlara istinad edir və bu əsasda öz mövqeyini büruzə verir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00