BAXCP-də yeni struktur yaradıldı
7 Yanvar 2013 17:43 SiyasətBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının nəzdində Dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katiblik yaradılıb. "OLAYLAR"-a daxil olan məlumata görə, partiya sədri Qüdrət Həsənquliyevin əmri ilə yaradılan katibliyə Yaşar Kələntərli təyin edilib. Yeni katiblik yaradılana qədər Yaşar Kələntərlinin rəhbərlik etdiyi təşkilati işlər üzrə katibliyə isə Bünyamin Qəmbərli təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00