AXCP Müsavata güzəşt edəcək? - Həsən Kərimov

“Kimin kimə güzəşt edəcəyini zaman göstərəcək”

AXCP-in vahid namizəd məsələsində Müsavata güzəştə gedəcəyi barədə məlumatlar yayılıb. Xalq Cəbhəsinin bu addımı siyasi analitiklər tərəfindən heç də birmənalı qarşılanmır. Məsələyə münasibət bildirən AXCP sədrinin müavini Həsən Kərimovun sözlərinə görə, AXCP və İctimai Palatanın qərarı var ki, vahid namizəd məsələsi müzakirə olunmasın və bu faktoru birmənalı şəkildə gündəlikdən çıxarmışıq: "AXCP və İP-in qərarı bundan ibarətdir ki, seçkiqabağı Azərbaycanda demokratik mühitin şəffaflaşması, Seçki məcəlləsinin dəyişdirilməsi, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, İP ətrafında müxalifətin daha sıx birləməsi istiqamətində işlər görülsün. Ya AXCP Müsavata, yaxud Müsavat AXCP-ə güzəşt edəcək, bunu zaman göstərəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00