Deputatlarımız AŞPA-nın qış sessiyasına hazırlaşır - AÇIQLAMA

Fazil Mustafa: “Kristof Ştrasserə lazımi cavab verəcək”

Azərbaycanlı millət vəkilləri AŞPA-nın toplantısında Azərbaycan üzrə məruzəçi Kristof Ştrasserə qərəzli mövqe göstərdiyi təqdirdə lazımi cavab verəcəklər. Bunu deyən millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafanın sözləinə görə, toplantıda Azərbaycanla bağlı iki məsələ qaldırılacaq. İlk növbədə Monitorinq qrupunun Azərbaycanla bağlı məruzəsi dinləniləcək. Məruzədə Azərbaycanda aparılan monitorinqin nəticələri öz əksini tapacaq. İkinci isə Ştrasserin siyasi məhbuslarla bağlı məsələsi müzakirəyə çıxarılacaq. Bu məsələlər ətrafında da bizim millət vəkilləri öz fikirlərini bildirəcəklər: "Bildiyimiz kimi Ştrasserin təqdim etdiyi siyahıdakı 14 nəfər əfv fərmanı ilə azadlığıa buraxıldı.  Sadəcə Strasserin qaldırdığı məsələsədə qərəzli məqamlar olarsa biz adekvat cavab verəcəyik. Biz AŞPA-nın toplantısında çalışacağıq ki, obyektiv yanaşma olsun. Söhbət Azərbaycanda hakimiyyətdən, müxalifətdən, həbsə olan siyasi məhbusdan getmir. Müəyyən məqamlarda iradlar varsa bunu obyektiv şəkildə müzakirə edə bilərik". Qeyd edək ki, AŞPA-nın qış sessiyası yanvarın 21-25-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00