“Emil Milli Krasilnikovun mənəvi varisidir” - Elçin Mirzəbəyli

“Onun Elçibey barədə söylədikləri cəfəngiyyatdır”

"Mən Elçibəyi bu məktuba görə qınaya bilmərəm, amma bu məktubu yazan insanı heç vaxt dövlət başçısı seçməzdim" bloqqer Emil Milli öz məqaləsində belə yazır. Emil Milli öz fikirlərinə aydınlıq gətrimək üçün davam edir: "Elçibəy 1975-ci ilin fevralın 6-da DTK-nın sədrinə, yoldaş Krasilnikova, bir məktub yazıb və orda özünü doğrultmaq üçün daha bir şans istəyir və söz verir ki, bundan sonra dövlətin və partiyanın leninçi siyasətini müdafiə edəcək. O həbsdən sonra xahiş edir ki, onu Kommunist Partiyasının sıralarında saxlasınlar. Bu məktubda Elçibəy bütün ideyalarından imtina edir və öz fikirlərini "boş və yersiz" adlandırır. Deyilənlərə görə, Elçibəy bu məktubun mövcudluğunu heç vaxt inkar etməyib. Məsələyə münasibət bildirən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə Emil Millinin söylədiyi fikirlər cəfəngiyyatdan başqa heç nə deyil: "Əbülfəz Elçibəy ətrafında müzakirələr açmaq istəyən insanlar yalnış yoldadırlar. Elçibəyin ruhuna xələl gətirən içi yalan, böhtanla dolu olan informasiyaların yayılmasına son qoymaq lazımdır. Bir insanın ruhu, xatirəsilə nə qədər oynamaq olar? Emil Milli dünənin uşağıdır, o, Krasilnikovun mənəvi varisidir və karsilnikovların miras qoyduğu missiyanı davam etdirir. Ümumiyyətlə bu məsələ ətrafında müzakirə açmağa ehtiyac yoxdur. Çünki, artıq hamı Emil Millinin kim olduğunu yaxşı bilir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00