Avropa İttifaqı və ABŞ-ın anti-İslam planı

Gizli mərkəzlərdə xüsusi proqramlarla İslama qarşı müəllim, sosial işçilər və polislər yetişdirilir

Qərbi Avropa ölkələri (Almaniya, İngiltərə, Fransa) və ABŞ hədəfində İslam dininində məzhəblərarası müharibə yaratmaqla İslamı parçalamaq dayanır. Güclər öz planlarını həyata keçirmək üçün əsl məqsədlərini "terrozizmlə mübarizə" adı altında pərdələyiblər. Əsas hədəf İslam dini parçalandıqdan sonra müsəlman torpaqlarında "Avro-Atlantik məkanı" adlı qurum yaratmaqdır. İngiltərənin "Guardian" qəzetinin iddiasına görə quruma daxil torpaqlar ABŞ və Qərbi Avropa ölkələri arasında bölüşdürüləcək. Planın həyata keçirilməsində əsas vasitə İslam ölkələrində gizli təxrbatla məşğul olan "Qərb təbliğat maşını"dır. Bu məqsədlə də "Guardian"a görə ABŞ-la Qərbi Avropa ölkələrinin İslam ölkələrindəki gizli xüsusi xidmət orqanları ilə əməkdaşlıq yüksək səviyyətə təşkil olunub. İngilis nəşri qeyd edir ki, bunun üçün ABŞ və Aİ əhatəli şəbəkəyə sahibdirlər, həmçinin "Anti-terror" mərkəzləri fəaliyyət göstərir. Qəzetə görə planın surətləri İsveç, Portuqaliya, Sloveniya və Çexiya Respublikası kimi dövlətlərə də göndərilib. "Gizli anti-İslam planı"nın əsas hissəsi 2007-ci ilin fevralında Aİ-yə üzv dövlətlər tərəfindən gizli şəkildə qəbul edilib. Planın açıq şəkildə icrası "radikal müsəlmanlar", "İslam terror təşkilatları", "ekstremist İslam saytları"na qarşı hücumlarda özünü göstərir. "Röyters"in iddiasına görə isə planın icrasına Aİ-yə daxil olan dövlətlərin hökumət başçıları tərəfindən nəzarət olunur. Sənəddə İslam ölkələrinin bölüşdürülməsi də öz əksini tapıb. Nyu Yorkdakı "2001-ci il 11 sentyabr terroru" bu planın həyata keçirilməsi üçün münbit şərait yaratdı. Əslində Nyu Yorkdakı əkiz qüllələr ABŞ-ın keçmiş prezidenti Corc Buşun əmrilə partladılmışdı. Burada heç bir terror təşkilatının əli olmayıb. Çünki, radikal islamçılar Amerika qitəsində şəbəkəyə sahib deyillər. Əkiz qüllələr ABŞ hökuməti tərəfindən maliyyələşdirilən Meksikadakı terror təşkilatlarının əli ilə məhv edilib. "Nyu York faciəsi" ABŞ və Aİ-nin İslam dininə hücumun ilk bəhanəsi, gizli sənədin birinci cümləsidir. Məsələnin gündəmə gətirilməsində isə "əl-Qaidə"nin adının hallanması sadəcə olaraq forma idi. Təşkilat lideri Üsamə Bin Laden isə Ağ Evin yaratmış olduğu xarakter olub. Aİ və ABŞ-a da lazım olan bu idi ki, "Nyu York faciəsi"ndə məhz müsəlmanların adı hallansın. "Röyters"ə bütün bunlar İslama hücumun əsas prinsiplərinə daxildir. İslama qarşı casusluq, müsəlmanların bank hesablarının ələ keçirilməsi, məscidlərin dağıdılması, cümə namazlarında məscidlərə silahlı basqın Aİ və ABŞ-ın əsas hücum metodlarıdır. Aİ planı həyata keçirmək üçün xüsusi təlim mərkəzləri yaradıb. Həmin mərkəzlərdə xüsusi proqramlarla İslama qarşı müəllim, sosial işçilər və polislər yetişdirilir. İslam dinini parçalamaq üçün ilk öncə Aİ İslamı da Xristian dini kimi Avropanın klassik ənənələrinə uyğunlaşdırmaq siyasəti güdür.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00