AIPAC, yaxud Təl-Əvivin “Vaşinqton qamçısı”

İsrailə qarşı Yaxın Şərqin ən kiçicik hərəkəti belə AIPAC-ın siyasi donorları tərəfindən lupa altına alınır

ABŞ və İngiltərə İsrail üzərindən "transatlantik uçurum"u Yaxın Şərq planı ilə daha qorxulu şəkilə salıblar. Hamı Yaxın Şərq ekranında dəhşətli görüntüləri seyr edir. Lakin, böyük ekranda görünən Amerika və İngiltərə xarakterləri barədə ictimaiyyətin öz fərqli nəticələri var. Vicdanla demək olar ki, Britaniyanın Yaxın Şərqə hücum planındakı rolu böyük miqyasda deyil. Bu xüsusda amerikalılar çox günahkardır. Hətta Amerikanın dəstəyilə bəzi yəhudi təşkilatlarının İsrail üçün yalvararaq ianələr topladığı da sirr deyil. Dünya ictimaiyyəti arasında aparılan rəy sorğuları amerikalıların İsrailin tərəfində olduğunu təsdiq edir. Statistikaya görə amerikalıların 48%-i İsraili, cəmi 13%-i isə fələstinlilərə simpatiya bəsləyirlər. İsrail Yaxın Şərqdəki siyasi gedişlərində arxasında böyük miqyasda amerikalı və ingilislərdən ibarət ictimai güc dayanır. İsrail ABŞ-dakı dəstəyi Bill Frist kimi radikal Cənub mühafizəkarlarından Nensi Pelosi kimi San Fransisko liberallarına qədər uzanır. İsrail qüvvələri komanda şəklində ABŞ senatının beyin mərkəzi sayılır. Yəhudilər Amerikanın hakimiyyət dəhlizinin işıqlandırıcı qüvvəsidir. ABŞ siyasi administrasiyasında bu cür sütun-mütənasiblik anlayışı Barak Obama hakimiyyəti üçün gülünc və mülki itki kimi başa düşülür. Bu faktorlara görə Ağ Ev iç və xarici tənqidçilər üçün əsas tənqid obyektidir. Amerikanın rəsmi Tel-Əvivin xarici siyasətini dəstəkləməsinin böyük səbəbi var. ABŞ-dakı İsrail lobbisi (AIPAC) böyük çərçivədə dini və siyasi hüquqlara sahibdir. Yəhudi lobbisinin Amerikada 50 büdcəsi və 150 mindən çox yerli üzvləri var. Yarım əsrlik tarixə malik olan AIPAC və "National Rifle" Assosiasiyası Vaşinqtonda fəaliyyət göstərən ən güclü lobbi təşkilatlarıdır. Təkcə AIPAC dünyada geniş şəbəkəyə malikdir. Söz yox ki, AIPAC-ın əsas təzyiq qrupları, beyin mərkəzləri və fondları Vaşinqtonda yerləşir. İsrailə qarşı Yaxın Şərqin ən kiçicik hərəkəti belə təşkilatın siyasi donorları tərəfindən lupa altına alınır. Rəsmi Tel-Əviv ən sadə siyasi gedişlərlə yəhudi lobbisi vasitəsilə Yaxın Şərqi "Ağ Ev qamçısı" ilə şallaqlayır. Amerikada İsrail sinaqoqlarını əsasən sağ xristianlar müdafiə edir. Ağ yevangelistlərin yəhudi simpatiyası açıq şəkildədir. Dini sağ fəallar ABŞ-dan sonra güclü İsrailin qurulmasının tərəfdarıdırlar. Bu silsiləyə aid olan amerikalılar yəhudi dini inancları ilə yevangelistlərin yaxınlığı ilə fəxr edirlər. İsraili dəstəkləyən "biblikal əmr" Texas ştatında böyük informasiya monopoliyasına sahibdir. Bu təzyiq qruplarının yəhudi lobbisinin genişlənməsində aydın nüfuzu var. Bu gün ABŞ-da hakimiyyət başına keçmək istəyən siyasətçilər ən güclü təkanverici dayaq nöqtəsi yevangelist və yəhudi lobbisindən alırlar. İki qüvvə "İslam radikalizmi"nə müharibə və Amerika-İsrail arasında dərin mədəni, siyasi əlaqələrin qurulmasının ssenari müəllifləridir.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00