Azərbaycanlıların Rusiyadan çıxarılması mümkün deyil - AÇIQLAMA

Ərəstun Oruclu: “Kremlin bu addımı Rusiyanın Azərbaycana düşmənçiliyinin ifadəsidir”

Gürcüstanda olduğu kimi Rusiyada da azərbaycanlılara qarşı aqressiv münasibətlərin hərarəti yüksəlib. Prezident Vladimir Putin bununla seçkiqabağı Azərbaycanda qarışıqlıq yaratmaq istəyir. Çünki, Rusiya yaxşı başa düşür ki, Azərbaycandakı mövcud hakimiyyət ölkədə öz postunu qoruyub saxlasa bu heç də rəsmi Moskva üçün yaxşı nəticə olmayacaq. Putin də bütün mümkün variantlardan istifadə edərək Azərabycanda Kremlin maraqlarından çıxış edən qüvvələri Bakıda cəm etmək istəyindədir. "Moskvanın Azərbaycana yönəlik siyasətindəki kəskin dəyişməni nəzərə alsaq bu həmişə Azərbaycan cəmiyyətində müzakirə olunan təcrid vasitələrindən biridir ki, Rusiya azərbaycanlıları ölkədən çıxara bilər. Həmin azərbaycanlıların Azərbaycana qayıdaraq burada restabilizasiya faktoruna çevrilməsi təhlükəsi ola bilər" deyən politoloq Ərəstun Oruclunun sözlərinə görə Rusiyanın bu addımı daha çox Azərbaycanda xof yaratmağa istiqamətlənib və daha real təzyiq vasitəsidir: "Rusiyada yaşayan azərbaycanlıların böyük əksəriyyəti ya Rusiya vətəndaşlarıdır, ya da ki, Rusiyada qanuni işləmək hüququ olan miqrantlardır. Əlbəttə ki, Rusiya hüquqi dövlət deyil, istənilən halda da miqrant statusunu ləğv edə bilər. Təkcə min azərbaycanlını Rusiyadan çıxarmaq üçün bir eşolon qatar lazımdır. Deyək ki, 20 min çıxardılar, 30 min çıxardılar, bundan o yana mümkün deyil. Rusiya belə bir praktikanı 2008-ci ildə Gürcüstana qarşı tətbiq elədi və çox uğursuz başa çatdı. Etnik mənsubiyyətinə görə hər hansı bir milləti ölkədən deportasiya eləmək böyük bir qüsurdur və Rusiya bunu öz üzərinə götürməyə hazır deyil. Rusiya hakimiyyəti qeyri-demokratik olması, müxalifətə qarşı təzyiqləri ilə bağlı kifayət qədər qüsurlara sahibdir. Rusiya çalışır ki, bu cür addımlarla 2013-cü ilin prezident seçkilərində öz maraqlarını təmin eləsin. Rusiya öz beynəlxalq imicini zərbə altına salmamaq üçün bu cür addımları intensivləşdirəcəyi inandırıcı görünmür. Bu addım Rusiyanın Azərbaycana düşmənçiliyinin ifadəsidir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00