Qarabağı Azərbaycandan ayıran hasarlar niyə tiklilir?
Cümşüd Nuriyev: “Azərbaycan hökuməti vətəndaşlarının təhlükəsizliyini öz üzərinə götürüb”
7 Yanvar 2013 13:38 Siyasət2011-ci ildən etibarən Ermənistan qoşunlarının işğalı altında olan əraziləri Azərbaycanın qalan ərazilərindən ayıran daş hasarların tikintisini davam etdirilir. Tikinti işləri Tərtər rayonu ərazisində gedir. Bundan əvvəl isə hasarlama işləri Çıraqlı və Orta Qərvənd kəndləri istiqamətində həyata keçirilib. Hökumət dairələrinin mətbuata verdiyi açıqlamaya görə 3 metr hündürlüyündə olan hasarların tikilməsinin əsl səbəbi bölgədə yaşayan vətəndaşların düşmən snayperlərindən qorumaqdır. "Hasarların tikilməsi vətəndaşların təhlükəsizliyinin təmin olunması üçündür. Qarabağla sərhəd olan kəndlərin boşalmasının qarşısını almaq, həmçinin bölgədə yaşayan əhalinin gündüz vaxtı işləməsin təmin etmək lazım idi" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, həmin bölgədə adamlar təsərrüfat işi ilə əlqədar torpaq sahələrinə çıxa bilmirlər, gecələr əkib-becərirlər: "Çünki, erməni snayperləri kənd adamlarına atəş açıb narahat edirlər. Bu səbəblərdən də hökumət insanların təhlükəsizliyini təmin etmək üçün bu hasarları çəkmək məcburiyyətində qaldı. Bunun Qarabağın Ermənistana güzəştə getməsi ilə heç bir bağlılığı yoxdur. Çünki, heç bir hökumət öz ərazilərini könüllü şəkildə heç bir dövlətə verməz. Hətta dünyanın 1/6 hissəsini əlində cəmləyən Rusiya Kuril adalarında ötrü Yaponiyaya təpki göstərdi, hansı ki, həmin adalar Yaponiyaya məxsus idi. Azərbaycan hökuməti Konstitusiyaya uyğun olaraq öz vətəndaşlarını qorumaq missiyasını öz üzərinə götürüb. Regionda tikilən hasarlar əhalinin hərəkətini təmin etməklə yanaşı düşmən gülləsindən yayındıracaq. Ümumiyyətlə, məsələni siyasiləşdirməyə ehtiyac yoxdur". ("OLAYLAR" İA)