Müsavat - AXCP gərginliyi İctimai Palatanı dağıdır - Qabil Hüseynli

“İctimai Palatanın son sessiyasında birlik daxilində böhrannın yaşandığı sübut oldundu”

Müsavat və AXCP arasında olan siyasi gərginlik İctimai Palataya da sirayət edir. Seçkilərə vaxt azaldıqca və hər iki partiya şəxsi ambisiyalardan geri çəkilmədikcə birliyin yaxın gələcəkdəki varlığı şübhə altına alınır. Tam şəkildə demək olar ki, İP əvvəlki nüfuz və funksiyasını tamamilə itirib. "İctimai Palatada baş verən prosesləri ürəkaçan deyil. Düzdür, mətbuatda İP-in fəaliyyətinin davam etdirməsi haqqında məlumatlat gedir, Palatanın problemsiz olduğu deyilir. Lakin, İP-in son sessiyasında Palatanın gərginlikdə olduğu sübut oldundu" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Fuad Qəhrəmanlı və Nurəddin Məmmədlinin çıxışlarında məsələ özünü açıq şəkildə göstərdi: "Məsələn, Müsavatın İP-dəki xətti bəyənilmir. İP-də gərginliyin yaşanmasının digər səbəbi vahid namizəd məsələsində AXCP və Müsavat arasında fikir ayrılığının olmasındadır. Hər iki partiyanın sıravi üzvləri və funksionerləri liderlər arasında olan ziddiyyətləri ört-basdır etməyə çalışırlar, lakin sosial şəbəkələrdə və mətbuatda şəxsi ambisiyalardan çıxış etməkləri isə İP-də məsələnin qəliz olduğunu göstərir. Belə görünür ki, bu gərginlik qabaqdakı vaxtlarda iri miqyaslı axarkter alcaq və nəticə etibarilə İP daxilində digər problemləri üzə çıxaracaq. İndiki məqamda isə İctimai Palatanın qorunması hər iki partiyanın maraqlarına uyğun gəlir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00