Gürcüstanda azərbaycanlılara təzyiqlər artır - AÇIQLAMA
Elxan Şahinoğlu: “Gürcüstan-Azərbaycan münasibətlərində yaranacaq soyuqluq daha da dərinləşəcək”
7 Yanvar 2013 13:33 SiyasətBidzina İvanişvili baş nazir postuna keçəndən sonra Gürcüstan Rusiyanın Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilib. Artıq Gürcüstanda yaşayan azərbaycanlıların sıxışdırılması və təzyiqlərə məruz qalması intensiv hal alıb. Xüsusilə dövlət müəssisələrində işləyən azərbaycanlı müəllimlər, baxça müdirləri və sıravi vətəndaşlara basqılar edilir. Əgər İvanişvili və komandasının bu təzyiqləri sürətli xarakter alsa bu münasibət Gürcüstan-Azərbaycan əlaqələrinə mənfi təsir göstərəcək.Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, İvanişvili hakimiyyətə gələndən sonra Gürcüstan-Azərbaycan münasibətlərində qaranlıq məqamlar ortaya çıxmağa başlayıb: "Baş nazir İvanişvilinin Azərbaycan əleyhinə olan açıqlamaları buna rəvac verir. Gürcüstanda yaşayan azərbaycanlılara qarşı çox təhlükəli nüanslar ortaya çıxıb, artıq soydaşlarımıza qarşı kriminal hücumlar başlayıb. Halbuki, Saakaşvili dönəmində azərbaycanlıların sıxışdırılmasına ara verilmişdi, amma, İvanişvili baş nazir olan kimi bu proses yenidən alovlandı. Ona görə də Gürcüstan hökuməti məsələyə aydınlıq gətirməlidir ki, Saakaşvili hakimiyyətdə olarkən azərbaycanlılar heç bir təzyiqlərə məruz qalmadığı halda İvanişvili posta gələn kimi problemlər ortaya çıxmağa başladı. Əks halda Gürcüstan-Azərbaycan münasibətlərində yaranacaq soyuqluq daha da dərinləşəcək". ("OLAYLAR" İA)