Müxalifət Əsədin təklifini rədd etdi
7 Yanvar 2013 12:15 SiyasətSuriya müxalifəti president Bəşər Əsədin son çıxışına münasibət açıqlayıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müxalifət təmsilçisi Georqe Sabra deyib ki, Əsəd hakimiyyətdən getmədiyi təqdirdə problemin həlli istiqamətində təklif edilən hər hansı bir təklif müxalifət tərəfindən qəbul edilməyəcək. Qeyd edək ki, həftə sonu televiziya ilə çıxış edən Suriya prezidenti Bəşər Əsəd ölkədəki problemin həlli məqsədilə beynəlxalq dialoq təklifi ilə çıxış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00