Azərbaycan AŞ PA-nın Nazirlər Komitəsinə sədrlik edəcək

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edəcək. Bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətindən "Olaylar"a verilən məlumata görə, ölkəmizin Nazirlər Komitəsinə sədrlik müddəti altı ay olacaq. Məlumatda o da bildirlir ki, Nazirlər Komitəsinə sədrlik məsələsi Avropa Şurasına üzv ölkələrin arasında əlifba sırası ilə həyata keçirilir. Sıralanmaya əsasən Avstriyadan sonra Azərbaycan bu quruma rəhbərlik edəcək. Azərbaycanın bu quruma rəhbərliyi təxminən 2014-cü ilin yanvarına düşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00